Baş nazirin müavini: "Cəmiyyətimiz gəncdir"

Baş nazirin müavini: "Cəmiyyətimiz gəncdir" Bakı. 21 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycan dövləti və xalqı öz gələcəyini gənclərlə bağlayır.
Daxili siyasət
21 Dekabr , 2018 11:01
Baş nazirin müavini: Cəmiyyətimiz gəncdir
Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini – icra katib Əli Əhmədov / Report/ Firi Salm
0 : 00
0 : 00

Bakı. 21 dekabr. REPORT.AZ/ "Bu gün Azərbaycan dövləti və xalqı öz gələcəyini gənclərlə bağlayır".

"Report" xəbər verir ki, bunu baş nazirin müavini Əli Əhmədov Azərbaycan tələbələrinin II qurultayında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, gənclərin daha yaxşı təhsil alması Azərbaycanın gələcəyini daha etibarlı şəkildə qurması üçün ən mühüm amillərdəndir: "Azərbaycan hökuməti üçün əsas prioritet gənclərin sağlam olmasıdır. İkinci prioritet gənclərin daha yaxşı təhsil ala bilməsidir. Çünki Azərbaycan cəmiyyəti öz inkişafını təhsillə bağlayır. Siz dünyəvi bilikləri mənimsəməklə həm öz arzularınızı reallaşdırır, həm də cəmiyyətin ən mühüm fundamental amilini formalaşdırmış olursunuz".

O qeyd edib ki, Azərbaycan öz həyatını, bu gününü və gələcəyini gənclərdən ayrı təsəvvür etmir: "Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində insan amili dayanır. Biz nə ediriksə, onları insanlar üçün, onun həyatı, mənəviyyatı, inkişafı üçün edirik.

Bu gün Azərbaycan cəmiyyətində 30 yaşa qədər insanlar 4,6 milyon nəfər təşkil edir. Bu isə Azərbaycan əhalisinin 46 faizini təşkil edir. Tələbə yaşında, yəni 24 yaşadək olan gənclər ölkə əhalisinin 3,6 milyon nəfərini, başqa sözlə üçdə birini təşkil edir. Demək, bizim cəmiyyətimiz gəncdir. Bu mənada gənclərə yönələn siyasət Azərbaycan vətəndaşlarının həyatının yaxşılaşması üçün atılan addımların əsas qayəsini təşkil edir".

Baş nazirin müavini bildirib ki, Azərbaycan vətəndaşlarının layiqli vətənpərvər kimi yetişməsi dövlətin qüdrətini artırır: "Bu gün gənclərimiz fəxr etməlidirlər ki, onlar azərbaycanlıdırlar. Azərbaycanın dünyada təbliğ olunmasında iştirak etməli, Azərbaycana qarşı aparılan çirkli təbliğata qarşı olmalı, mübariz olmalısınız. Məmnunluqla deyim ki, bu gün Azərbaycanda layiqli gənclər yetişir. Azərbaycanın gələcəyi siz gənclərin əlində olacaq".

Son xəbərlər

Orphus sistemi