Bakı. 1 may.
“Report”un xəbərinə görə, bunu Azərbaycanın Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri, Baş nazirin müqavini Əli Əhmədov “Azərbaycanda dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında vətəndaş cəmiyyətinin rolu” mövzusunda keçirilən konfransda deyib.
Ə.Əhmədov qeyd edib ki, vətəndaş cəmiyyəti hansısa layihə təqdim edəndə sübut etməlidir ki, bu layihə ilə hökumətin xərcləri azalacaq: “Qeyri-hökumət təşkilatları faydalı olduqlarını sübut etməlidirlər. Bunu edə bilməsəniz, deyiləcək ki, sizin təqdim etdiyiniz layihədən də ucuz bu işi ucuz görmək olar. Bəs burada fayda nədən ibarət oldu? Qeyri-hökumət təşkilatları hökumətin hansısa gördüyü işə xərclədiyi maliyyədən az maliyyə tələb edən layihə təqdim etməlidir. Biz hökumət nümayəndəsi olaraq vətəndaş cəmiyyəti ilə əməkdaşlığa ehtiyacımız var. Bəzi qeyri-hökumət təşkilatları mövcuddurlar, amma onların fəaliyyəti hiss olunmur. Bunu tənqid mənasında demirəm. Hökumət nümayəndəsi olaraq demək istəyirəm ki, hökumət vətəndaş cəmiyyəti ilə işləməkdə maraqlıdır”.