Yuxarı

Baş Nazirin Katibliyinin yeni rəisi kimdir? - TƏRCÜMEYİ-HAL

​Baş Nazirin Katibliyinin yeni rəisi kimdir? - TƏRCÜMEYİ-HAL

Dekabrın 3-də Baş Nazir Əli Əsədovun sərəncamı ilə Ələsgər Ələsgərov Baş Nazirin Katibliyinin rəisi vəzifəsinə təyin edilib.

"Report" xəbər verir ki, Ə.Ələsgərov 2019-cu il oktyabrın 22-dən Baş Nazirin köməkçisi vəzifəsində çalışırdı.

O, 2005-2009-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər, 2010-2014-cü illərdə Bakı Dövlət Universitetində Hüquqşünaslıq, 2016-2019-cu illərdə Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçiliyi Akademiyasında Dövlət Qulluğunun Təşkili və İdarəedilməsi ixtisasları üzrə təhsil alıb.

2013-cü ilədək müxtəlif dövlət orqanlarında çalışıb. 2013-cü ildən isə Azərbaycan Respublikası Prezident Administrasiyasında Prezidentin iqtisadi məsələlər üzrə köməkçisinin xidmətində müxtəlif vəzifələrdə çalışıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi