Yuxarı

Baş nazir: "Macarıstan Azərbaycanı özünün strateji tərəfdaşı hesab edir"

Baş nazir: "Macarıstan Azərbaycanı özünün strateji tərəfdaşı hesab edir"
Macarıstanın baş naziri Viktor Orban ​Azərbaycan Prezidenti İlham Əliyevi prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edib

Bakı. 13 aprel. REPORT.AZ/ Macarıstanın baş naziri Viktor Orban Azərbaycan Prezidenti İlham Əliyevi prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edib. 

"Report" xəbər verir ki, təbrik məktubunda deyilir: 

"Möhtərəm cənab Prezident.

Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbrik edirəm.

Biz müstəqil Azərbaycanın həm ölkə daxilində, həm də beynəlxalq arenada iqtisadi inkişafla bağlı əldə etdiyi nailiyyətləri yüksək qiymətləndiririk.

Macarıstan Azərbaycanı özünün strateji tərəfdaşı hesab edir. Məmnuniyyətlə demək istəyirəm ki, ötən illər ərzində ikitərəfli münasibətlərimizin daha da dərinləşməsinə nail olmuşuq. Əmin ola bilərsiniz ki, Macarıstan hökuməti ölkələrimiz arasında mövcud olan hərtərəfli və qarşılılıqlı faydalı əməkdaşlığımızın gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.

Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram",

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi