​Bakının polis bölmələrindən birinin rəisi işdən çıxarılıb

​Bakının polis bölmələrindən birinin rəisi işdən çıxarılıb O, sərəncama götürülüb
Daxili siyasət
8 Yanvar , 2016 11:03
​Bakının polis bölmələrindən birinin rəisi işdən çıxarılıb

Bakı. 8 yanvar. REPORT.AZ/ Azərbaycanın daxili işlər orqanlarında kadr dəyişikliyi olub. “Report” xəbər verir ki, Səbail Rayon Polis İdarəsinin (RPİ) 9-cu Polis Bölməsinin (PB) rəisi, polis polkovnik-leytenantı Natiq Camalov işdən çıxarılaraq sərəncama götürülüb.

Onun yerinə hələ təyinat olmayıb.

9-cu Polis Bölməsinin rəisi vəzifəsi müvəqqəti olaraq rəis müavini, polis mayoru Amil Qurbanova tapşırılıb.

Qeyd edək ki, N.Camalov müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı oğludur.

Son xəbərlər

Orphus sistemi