Bakının 132-134 saylı məktəb kompleksində dayanıqlı inkişafla bağlı açıq dərs keçirilib

Bakının 132-134 saylı məktəb kompleksində dayanıqlı inkişafla bağlı açıq dərs keçirilib Şagirdlərin yazdıqları məktublar BMT baş katibinə çatdırılacaq
Daxili siyasət
10 Aprel , 2017 13:21
Bakının 132-134 saylı məktəb kompleksində dayanıqlı inkişafla bağlı açıq dərs keçirilib
Report.az

Bakı. 10 aprel. REPORT.AZ/ Bakının 132-134 saylı məktəb kompleksində dayanıqlı inkişafla bağlı açıq dərs keçirilib.

“Report”un xəbərinə görə, tədbirə baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov, dövlət qurumlarının nümayəndələri qatılıblar.

Əvvəlcə şagirdlərə dayanıqlı inkişafla bağlı məlumat verilib, fikir mübadiləsi aparılıb.

Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov çıxış edərək qlobal problemlərə toxunub və bunların həlli yollarını sadalayıb. O,  Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılmasının Azərbaycan üçün əhəmiyyəti barədə də danışıb.

BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İsakzai isə çıxış edərək deyib ki, Azərbaycanda təhsilin inkişafı ilə bağlı addımlar atılır. Q.İsakzai şagirdlərə müraciət edərək deyib ki, onların yazdıqları məktublar BMT baş katibinə çatdırılacaq.

Sonda xatirə şəkli çəkdirilib.

Son xəbərlər

Orphus sistemi