Bakıdakı 2 nömrəli texniki-humanitar liseyin binası əsaslı təmir edilib - YENİLƏNİB

Bakıdakı 2 nömrəli texniki-humanitar liseyin binası əsaslı təmir edilib - YENİLƏNİB Prezident İlham Əliyev liseydə yaradılan şəraitlə tanış olub
Daxili siyasət
12 Sentyabr , 2018 13:29
Bakıdakı 2 nömrəli texniki-humanitar liseyin binası əsaslı təmir edilib - YENİLƏNİB

Bakı. 12 sentyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də Bakının Səbail rayonunda Həbib bəy Mahmudbəyov adına 2 nömrəli texniki-humanitar liseydə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.

"Report"un xəbərinə görə, təhsil ocağının direktoru Bəkir Mustafayev burada aparılan işlər barədə dövlət başçısına məlumat verib.

Qeyd olunub ki, liseyin yerləşdiyi binanın yaşı 100 ildən çoxdur. Təhsil ocağında əsaslı təmir işləri bu ilin mayında Prezident İlham Əliyevin tapşırığına əsasən aparılıb. Lisey binasında təmir işləri qısa müddətə və yüksək keyfiyyətlə görülüb. Ümumi sahəsi 2500 kvadratmetr olan üçmərtəbəli binada 31 sinif otağı və müxtəlif fənn kabinetləri var. Burada şagirdlər zəngin ədəbiyyat fondu olan kitabxanadan istifadə edəcəklər. Liseyin yeməkxanası tam yenilənib. Təhsil müəssisəsinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm işlər görülüb. Lisey müasir avadanlıq və dərs ləvazimatları ilə təchiz edilib. Şagirdlərin nəzəri biliklərini laboratoriyalarda tətbiq etmələri üçün yeni avadanlıqlar quraşdırılıb. Məktəbin kimya, fizika, biologiya, informatika, ədəbiyyat, riyaziyyat, tarix kabinetləri də müasir avadanlıqla təchiz edilib. Liseydə yeni ekoloji kabinet də yaradılıb. Yeniyetmələrin hərbi biliklərinin artırılması məqsədilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunları tərəfindən xüsusi olaraq liseydə çağırışaqədərki hərbi hazırlıq kabineti yaradılıb. Təhsil ocağında idman və akt zalları müasir səviyyədə təmir olunub. Bir sözlə, burada şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hərtərəfli şərait yaradılıb. Hazırda liseydə 506 şagird Azərbaycan və rus bölmələrində təhsil alır.

Onu da deyək ki, Azərbaycanda ilk dünyəvi məktəb olan bu liseyin təməli 1887-ci ildə “Rus-müsəlman” məktəbi kimi görkəmli maarifçi Həbib bəy Mahmudbəyov tərəfindən qoyulub. Bu təhsil ocağı nəinki Azərbaycanda, ümumiyyətlə, Cənubi Qafqazda böyük şöhrət qazanıb. İlk vaxtlarda bu məktəbdə o dövrün tanınmış ziyalıları olan Süleyman Sani Axundov, Abdulla Şaiq və digər görkəmli maarifçilər dərs deyiblər.

Prezident İlham Əliyevin ölkəmizdə təhsilə olan diqqət və qayğısının bariz nəticəsidir ki, son illər ərzində respublikamızın hər yerində olduğu kimi, paytaxtın mərkəzi rayonu olan Səbail rayonunda da təhsil müəssisələrinin əsaslı təmiri və təchizatı diqqət mərkəzində saxlanılıb. Prezident İlham Əliyevin tapşırıq və sərəncamlarına əsasən rayonda bir yeni məktəb və uşaq bağçası inşa olunub, iki orta məktəb və bir musiqi məktəbinin binası sökülərək yenidən tikilib, 5 orta məktəb üçün əlavə tədris korpusları inşa edilib. Ümumilikdə, digər orta və məktəbəqədər təhsil müəssisələrində də əsaslı təmir işləri aparılıb.

Lisey binasında yaradılan şəraitlə tanış olan dövlətimizin başçısı kollektivə yeni tədris ilində uğurlar arzulayıb.


*** 10:39

Bakı. 12 sentyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də Bakının Səbail rayonunda Həbib bəy Mahmudbəyov adına 2 nömrəli texniki-humanitar liseydə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.

"Report"un xəbərinə görə, dövlət başçısına liseydə görülən işlər barədə məlumat verilib.

Son xəbərlər

Orphus sistemi