Bakı. 28 dekabr. REPORT.AZ/ 2023-cü ilədək Azərbaycanda, konkret olaraq Bakı şəhərində şəhərdaxili sərnişindaşımada sürücüsüz nəqliyyat vasitələrindən istifadə olunmasına başlanılması planlaşdırılır.
“Report” xəbər verir ki, bu, “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün” Dövlət Proqramında nəzərdə tutulub.
Belə ki, 2019-2023-cü illərdə ölkədə avtonom (sürücüsüz) nəqliyyat vasitələrindən şəhərdaxili sərnişindaşımada, habelə əyləncə-turizm məqsədilə istifadə üçün pilot ərazilərin təyin edilməsi və burada həmin nəqliyyat vasitələrinin hərəkətinin təşkili məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi və digər təşkilati-hüquqi məsələlərin həlli ilə bağlı təkliflərin hazırlanması aidiyyəti dövlət qurumlarına tapşırılıb.
Prezident