Bakıda qayıdış və readmissiya məsələləri müzakirə olunur

Bakıda qayıdış və readmissiya məsələləri müzakirə olunur İşğal olunmuş ərazilərdə yaşayan azərbaycanlıların readmissiya olunması məsələlərinə də toxunulub
Daxili siyasət
3 Dekabr , 2014 11:37
Bakıda qayıdış və readmissiya məsələləri müzakirə olunur

Bakı. 3 dekabr. REPORT.AZ/ Azərbaycanda qayıdış və readmissiya üzrə beynəlxalq tədbir öz işinə başlıyıb.

"Report"un məlumatına görə, tədbir Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən və Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) İnkişaf Fondunun və İşçilər üzrə İnkişaf və Əməkdaşlıq Agentliyinin müştərək maliyyə dəstəyi ilə həyata keçirilən Cənubi Qafqazda səmərəli readmissiya idarəçiliyinin yaradılmasının dəstəklənməsi layihəsi çərçivəsində həyata keçirilir.

Beynəlxalq seminarda Azərbaycanda miqrasiya və qayıdış idarəçiliyi üzrə cavabdeh nazirliklər və qurumların yüksək səviyyəli rəsmiləri və nümayəndələri, Aİ-yə üzv olan dövlətlər və Avropa iqtisadi zonasına aid olan dövlətlər, Aİ-yə üzv olmayan üçüncü dövlətlər, Aİ-yə üzv dövlətlərin Azərbaycanda akkreditə olmuş xarici diplomatik nümayəndələri və BMqT-nin ekspertləri iştirak edirlər. Seminarın məqsədi Avropa İttifaqına üzv dövlətlərin, BMqT və artıq readmissiya sazişini həyata keçirmiş üçüncü dövlətlərin iştirakı ilə qayıdış və readmissiya üzrə məlumat mübadiləsi təmin etməkdir.

Tədbirdə Dövlət Miqrasiya Xidmətinin rəisi Pərviz Musayev çıxış edərək, layihənin həyata keçirilməsinin Azərbaycan üçün ən vacib məsələlərdən biri olduğunu qeyd edib: "Azərbaycanla Avropa ölkələri arasında readmissiya sazişi imzalanıb. Avropa ölkələrindən Azərbaycana müvafiq sorğular da daxil olub. Azərbaycanda miqrasiya qanunlarına əlavə və dəyişikliklərin olunması barədə Milli Məclisə layihə təqdim olunub. Biz Avropa ölkələrinin təcrübəsinin öyrənilməsi üzrə də işlər görürük. Azərbaycanda Dövlət Miqrasiya Xidmətinin iki readmissiya saxlamaq mərkəzi fəaliyyət göstərir. Həmin mərkəzdə saxlanılanların readmissiya olunması müakirə edilir".

P.Musayev həmçinin işğal olunmuş ərazilərdə yaşayan azərbaycanlıların readmissiya olunması məsələlərinə də toxunub. 

O əlavə edib ki, Azərbaycan Dövlət Miqrasiya Xidməti ölkəyə gələn əcnəbilərin qanuni sosial yaşamasını təmin etməyə çalışır.

Son xəbərlər

Orphus sistemi