Bakıda "Heydər Əliyev Azərbaycan gənclərinin düşüncəsində" adlı konfrans keçirilib

Bakıda "Heydər Əliyev Azərbaycan gənclərinin düşüncəsində" adlı konfrans keçirilib Bakıda hakim Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə Heydər Əliyev Azərbaycan gənclərinin düşüncəsində adlı konfrans keçirilib.
Daxili siyasət
4 İyul , 2019 13:06
Bakıda Heydər Əliyev Azərbaycan gənclərinin düşüncəsində adlı konfrans keçirilib

Bakıda hakim Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə "Heydər Əliyev Azərbaycan gənclərinin düşüncəsində" adlı konfrans keçirilib.

"Report"un xəbərinə görə, tədbirdə YAP üzvləri, deputatlar iştirak ediblər.

Baş Nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov deyib ki, ulu öndər Heydər Əliyev hakimiyyətə gələnə qədər, yəni 1960-cu illərdə Azərbaycan SSRİ-nin ən geridə qalmış ölkələrindən biri idi.

Onun sözlərinə görə, ölkədə tənəzzül müşahidə olunurdu və mənəvi- psixoloji durum yerində deyildi: "Azərbaycan bütün göstəricilər üzrə geridə idi. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra isə ölkə inkişaf etdi. Bu inkişaf özünü bütün sahələrdə göstərdi. Azərbaycan sürətlə inkişaf edən respublikalardan birinə çevrildi. Ulu öndərin hakimiyyəti dövründə milli şüurun möhkəmlənməsinə təkan verildi. Müstəqillik illərində Azərbaycanın inkişafının əsasını Heydər Əliyevin hakimiyyətə gəldiyi illərdə qoyulub. Yeni Azərbaycan Partiyası bütün bunları nəzərə alaraq onun şəxsi xidmətlərini qiymətləndirmək üçün müxtəlif tədbirlər həyata keçirir".

Sonra tədbir iştirakçıları çıxış edərək, fikirlərini bölüşüblər.

Konfransda video-çarx nümayiş olunub.

Son xəbərlər

Orphus sistemi