Bakı. 18 avqust.
“Report”un xəbərinə görə, tədbir dairə seçki komissiyalarının sədrlərinin maarifləndirilməsi məqsədi ilə təşkil olunub.
Müşavirədə Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, Ədliyyə nazirinin müavini Azər Cəfərov, Baş prokurorun birinci müavini Rüstəm Usubov, Daxili işlər nazirinin müavini Oruc Zalov və Bakı şəhəri üzrə dairə seçki komissiyalarının sədrləri iştirak edirlər.