Bakıda bir qrup şəxs razılaşdırılmamış aksiyaya cəhd edib

Bakıda bir qrup şəxs razılaşdırılmamış aksiyaya cəhd edib Bakı. 10 mart. REPORT.AZ/ Bu gün bir qrup şəxs Bakının Səbail rayonunda, “Fəvvarələr meydanı”nda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış aksiya keçirməyə cəhd edib.
Daxili siyasət
10 Mart , 2018 16:31
Bakıda bir qrup şəxs razılaşdırılmamış aksiyaya cəhd edib

Bakı. 10 mart. REPORT.AZ/ Bu gün bir qrup şəxs Bakının Səbail rayonunda, “Fəvvarələr meydanı”nda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış aksiya keçirməyə cəhd edib.

“Report”un xəbərinə görə, polis aksiyaya müdaxilə edib, razılaşdırılmamış aksiyanın qarşısı alınıb.

Aksiyaya cəhd edənlərin Gələcək Azərbaycan Partiyasının (dövlət qeydiyyatından keçməmiş partiyadır) üzvləri olduğu bildirilir.

Xatırladaq ki, bu gün Milli Şura və Müsavat Partiyası Bakının Yasamal rayonunda yerləşən İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul" stadionu) Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış birgə mitinq keçirib.

Son xəbərlər

Orphus sistemi