​Bakıda Belarusun Müstəqillik günü qeyd olunub

​Bakıda Belarusun Müstəqillik günü qeyd olunub Tədbir iki ölkə himninin səsləndirilməsi ilə başlayıb
Daxili siyasət
1 İyul , 2015 00:27
​Bakıda Belarusun Müstəqillik günü qeyd olunub

Bakı. 1 İyul. REPORT.AZ/ Bakıda Belarusun Müstəqillik günü qeyd olunub.

"Report" xəbər verir ki, tədbir Azərbaycan və Belarusun dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən səfir Nikolay Pastkeviç bayramın əhəmiyyətindən və Belarusun keçdiyi yollardan danışıb. O qeyd edib ki, belaruslar 70 il öncə digər xalqlarla birgə faşistlərə qarşı döyüşüblər, onların sırasında azərbaycanlılar da olub:

"Onların göstərdikləri qəhrəmanlıqlar Belarusda xatırlanır, küçə və meydanlar onların şərəfinə adlandırılır. Bu gün Belarus yüksək səviyyədə inkişaf etmiş ölkədir, lakin biz bunu təklikdə bacarmazdıq. Biz Azərbaycanla ölkə liderlərimiz tərəfindən əldə olunan strateji əməkdaşlığımızı yüksək qiymətləndiririk".

N. Paskeviç həmçinin xatırladıb ki, tezliklə Azərbaycandakı diplomatik missiyası başa çatır. O əminliyini bildirib ki, yeni səfir Gennadi Axramoviç ikitərəfli əməkdaşlığın hazırki səviyyəsini saxlamaq üçün öz səylərini əsirgəməyəcək.

Daha sonra çıxış edən Azərbaycanın baş nazirinin müavini Yaqub Eyyubov Müstəqillik günü münasibəti ilə Belarus xalqını təbrik edib.

İqtisadi münasibətlərdən danışan baş nazirin müavini qeyd edib ki, iki ölkə arasında ticarət dövriyyəsi son 10 ildə 11 dəfə artıb. O, həmçinin beynəlxalq institutlarda, xüsusilə Azərbaycanın milli maraqlarına aid olan məsələlərdə göstərdiyi dəstəyə görə Belarusa minnətdarlığını ifadə edib.

Qeyd edək ki, tədbirdə deputatlar, səfirlər, ictimai xadimlər, həmçinin Böyük Vətən müharibəsi veteranları iştirak edib.

Son xəbərlər

Orphus sistemi