Yuxarı

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Bakıda atəşfəşanlıq olacaq

Bakıda atəşfəşanlıq olacaq

Bakı. 24 dekabr. REPORT.AZ/ Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə dekabrın 31-i saat 00:00-da paytaxtın Dənizkənarı Milli Parkının ərazisində möhtəşəm atəşfəşanlıq təşkil olunacaq.

“Report”un xəbərinə görə, bayram şənlikləri münasibətilə Azadlıq meydanında Bakının ən böyük yolkası quraşdırılıb. Eyni zamanda, Dənizkənarı Milli Parkın ərazisi və digər parklar bəzədilib, yolkalar qurulub, buradakı ağacların çilçıraqlarla bəzədilməsi, müxtəlif yeni il atributların və simvollarınin, nağıl qəhrəmanları fiqurlarının quraşdırılması, burada bayram tərtibatının aparılması işləri həyata keçirilib, müxtəlif yerlərdə bayram yarmarkaları təşkil olunub.

Bakı Şəhər İcra Hakimiyyəti sakinləri və şəhərin qonaqlarını atəşfəşanlığı seyr etmək üçün dekabrın 31-də saat 00.00-da Dənizkənarı Milli Parka, saat qülləsinin ətrafına dəvət edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi