Yuxarı

Bakıda Milli Qəhrəman Albert Aqarunova heykəl qoyulub - FOTO - VİDEO

Bakıda Albert Aqarunova heykəl qoyuldu

Bakının Nərimanov rayonunda Azərbaycan Milli Qəhrəmanı Albert Aqarunova heykəl qoyulub.

“Report”un xəbərinə görə, rayonda A.Aqarunovun adına küçə də verilib.

Qeyd edək ki, Albert Aqarunoviç Aqarunov 1969-ci il aprelin 25-də Bakının Əmircan qəsəbəsində yəhudi ailəsində anadan olub. 8 may 1992-cu ildə Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub.

Xatırladaq ki, Milli Qəhrəmanın adına doğulduğu Əmircan qəsəbəsində məktəb və küçə var.

Bu il şəhidin 50 illik yubileyidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi