Bakı polisində rəis müavinlərindən biri təqaüdə göndərilib

Bakı polisində rəis müavinlərindən biri təqaüdə göndərilib Bununla bağlı müvafiq əmr imzalanıb
Daxili siyasət
30 Yanvar , 2017 11:58
Bakı polisində rəis müavinlərindən biri təqaüdə göndərilib

Bakı. 30 yanvar. REPORT.AZ/ Bakı şəhəri, Xətai Rayon Polis İdarəsinin (RPİ) əməliyyat işləri üzrə rəis müavini polis polkovnik-leytenantı Heydər Heydərli təqaüdə göndərilib.

"Report"un xəbərinə görə, bununla bağlı müvafiq əmr imzalanıb.

Onun yerinə hələ ki, təyinat olmayıb.

Xatırladaq ki, Heydər Heydərli bundan əvvəl Binəqədi RPİ-nin Cinayət Axtarış Şöbəsinin rəisi olub.

Son xəbərlər

Orphus sistemi