"Bakı 2015" Əməliyyat Komitəsinin əməkdaşları "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif ediliblər

"Bakı 2015" Əməliyyat Komitəsinin əməkdaşları "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif ediliblər Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb
Daxili siyasət
29 İyun , 2015 18:57
Bakı 2015 Əməliyyat Komitəsinin əməkdaşları Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif ediliblər

Bakı. 29 iyun. REPORT.AZ/ Prezident İlham Əliyev I Avropa Oyunlarının təşkili və uğurla keçirilməsində səmərəli fəaliyyətlərinə görə "Bakı 2015" Avropa Oyunları Əməliyyat Komitəsinin əməkdaşlarının "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqda sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sərəncama əsasən, Elçin Müttəlif oğlu Səfərov, Fərhad Məcid oğlu Hacıyev, Fərhad Telman oğlu Qasımov, Kolin Qibson, Xesus Manuel Romero Kanela, Nigar Adil qızı Əfəndiyeva, Reymond Darnel, Ülviyyə Eldar qızı Mir-Qasımova "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunublar. 

Son xəbərlər

Orphus sistemi