Bakalavr, magistr və doktorantlara hərbi xidmətə çağırışdan möhlət hüququ verən qanun təsdiqlənib

Bakalavr, magistr və doktorantlara hərbi xidmətə çağırışdan möhlət hüququ verən qanun təsdiqlənib Azərbaycan Prezidenti “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklikləri təsdiqləyib
Daxili siyasət
21 İyun , 2016 18:37
Bakalavr, magistr və doktorantlara hərbi xidmətə çağırışdan möhlət hüququ verən qanun təsdiqlənib

Bakı. 21 iyun. REPORT.AZ/ Prezident İlham Əliyev “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanunun tətbiqi haqqında fərman imzalayıb.

"Report"un məlumatına görə, hərbi xidmətə çağırışdan möhlət hüququ indiyədək yalnız bakalavriat pilləsində təhsil alanlara verilirdi. Ancaq bundan sonra həmin möhlət hüququ magistratura və doktorantura səviyyələrinə də şamil olunacaq. 

Həmçinin sənədlə xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələrində, tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək çağırışdan möhlət hüququ veriləcək.

Eyni zamanda, qanunla mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda, eləcə də xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələrində, tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək hərbi xidmətə çağırışdan möhlət veriləcək.

Son xəbərlər

Orphus sistemi