Azərbaycanın Fransadakı səfirliyində səsverməyə start verilib

Azərbaycanın Fransadakı səfirliyində səsverməyə start verilib Paris. 11 aprel. REPORT.AZ/ Azərbaycanın Fransadakı səfirliyində Prezident seçkiləri ilə ələqadar yaradılan seçki məntəqəsində səsvermə başlayıb.
Daxili siyasət
11 Aprel , 2018 10:57
Azərbaycanın Fransadakı səfirliyində səsverməyə start verilib
Report

Paris. 11 aprel. REPORT.AZ/ Azərbaycanın Fransadakı səfirliyində Prezident seçkiləri ilə ələqadar yaradılan seçki məntəqəsində səsvermə başlayıb.

"Report"un Qərbi Avropa bürosu xəbər verir ki, səsverməyə yerli vaxtla səhər saat 8:00-da start verilib.

Azərbaycanın Fransadakı səfirliyi tərəfindən seçki məntəqəsi qurulub və seçkilərin azad, demokratik və şəffaf keçirilməsi üçün seçicilər və müşahidəçilər üçün lazımı şərait yaradılıb.

Səsvermədə Parisdə fəaliyyət göstərən Azərbaycan diplomatları, onların ailə üzvləri, bu ölkədə müvəqqəti yaşayan və ezamiyyətdə olan Azərbaycan vətəndaşları iştirak edirlər.

Parisdə fəaliyyət göstərən seçki məntəqəsində səsvermənin gedişatını diaspora nümayəndələri, yerli jurnalistlər və müşahidəçilər də izləyirlər. 

Qeyd edək ki, seçki komissiyasının tərkibi yalnız səfirlik əməkdaşlarından ibarət deyil. Eyni zamanda konsulluq qeydiyyatında olan şəxslər də komissiyaya cəlb ediliblər. 

Yerli vaxtla saat 8:00-dan etibarən fəaliyyətə başlayan seçki məntəqəsi 19:00-a qədər seçicilərin ixtiyarında olacaq.

Hazırda səsvermə prosesi davam edir.

Son xəbərlər

Orphus sistemi