Yuxarı

Azərbaycanın daha bir rayonuna polis rəisi təyin olunub

Abşeron. 22 fevral. REPORT.AZ/ Balakən rayon Polis şöbəsinə yeni rəis təyinatı olub.

"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, bununla bağlı daxili işlər naziri Ramil Usubov əmr imzalayıb.

Əmrə əsasən, Mehman Əliyev Balakən rayon Polis şöbəsinə rəis təyin edilib. 

Qeyd edək ki, M.Əliyev bu təyinatadək Abşeron rayon Polis idarəsinin rəis müavini olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi