Azərbaycanın Birinci vitse-prezidentinin Katibliyinin rəisi vəzifəsinə təyinat olub

Azərbaycanın Birinci vitse-prezidentinin Katibliyinin rəisi vəzifəsinə təyinat olub Bu vəzifəyə Altay Həsənov təyin edilib
Daxili siyasət
1 İyun , 2017 16:01
Azərbaycanın Birinci vitse-prezidentinin Katibliyinin rəisi vəzifəsinə təyinat olub

Bakı. 1 iyun. REPORT.AZ/ Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın Katibliyinin rəisi vəzifəsinə təyinat olub.

"Report"un xəbərinə görə, bununla bağlı müvafiq sərəncam imzalanıb.

Sərəncama əsasən Altay Həsənov Katibliyin rəisi təyin edilib.

Qeyd edək ki, A.Həsənov 1961-ci ilin 4 fevral tarixində Bakı şəhərində anadan olub. 1978-ci ildə Bakı şəhəri 6 saylı orta ümumtəhsil məktəbini bitirib. Həmin il, S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olunub.

1980-ci ildə təhsilini M. V. Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirib və 1983-cü ildə həmin universitetin filologiya fakültəsini bitirib.

1983-1989-cu illərdə Azərbaycan SSR Nizami adına Elmlər Akademiyasının Ədəbiyyat və Dil İnstitutunda işləmişdir.

1984-1986-cı illərdə Moskvada A. M. Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda təcrübə keçmişdir.

1986-1989-cu illərdə Azərbaycan SSR Elmlər Akademiyası Rəyasət Heyətinin ədəbiyyat, dil və incəsənət şöbəsinin elmi katibi olmuşdur.

1989-cu ildə “Xəzər”jurnalının nəşriyyat kollegiyasında işləmişdir.

1990-2004-cü illərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur.

2002-ci ildən etibarən, Azərbaycan Gimnastika Federasiyasının Vitse-prezidentidir.

Bədii gimnastika üzrə Dünya Kuboku mərhələləri (2003, 2004 və 2005-ci illərdə), həmçinin Dünya Çempionatı (2005-ci il) və Avropa Çempionatlarının keçirilməsi üzrə yaradılmış (2007, 2009, 2014-cü illərdə) Yerli Təşkilat Komitələrinin Vitse-prezidenti vəzifəsini icra etmişdir. Bundan əlavə, 2014-cü ilin Avropa Çempionatında bilavasitə yarışlar zamanı Avropa Gimnastika İttifaqının Apellyasiya Hakimlər Briqadasının üzvü olmuşdur.

2015-ci il 29 iyun tarixində Prezident İlham Əliyev tərəfindən Bakı 2015 İlk Avropa Oyunları çərçivəsində gimnastika növləri üzrə yarışlarda əldə olunan nəticələrə, həmçinin ölkədə gimnastikanın inkişafına sərf etdiyi əməyə görə, “Şöhrət” ordeni ilə təltif edilib.

Evlidir, bir qızı, iki nəvəsi var.

Son xəbərlər

Orphus sistemi