Yuxarı

Azərbaycanın Avropa Məhkəməsindəki hakiminin səlahiyyətləri və sosial təminatları artırılıb

Azərbaycanın Avropa Məhkəməsindəki hakiminin səlahiyyətləri və sosial təminatları artırılıb
“Konstitusiya Məhkəməsi haqqında” qanunda edilən dəyişiklik qüvvəyə minib

Bakı. 22 mart. REPORT.AZ/ Azərbaycanın Avropa Məhkəməsindəki hakiminin səlahiyyətləri və sosial təminatları artırılıb.

“Report”un xəbərinə görə, Azərbaycan Prezidenti İlham ƏliyevKonstitusiya Məhkəməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Dəyişikliklə qanunun 73-cü (Konstitusiya Məhkəməsi hakiminin başqa təminatları) maddəsinə yeni - 9-cu bənd əlavə edilib.

Yeni bəndə əsasən, İnsan hüquqları üzrə Avropa Məhkəməsinə Azərbaycan Respublikasından seçilmiş hakimin statusu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi hakiminin statusuna bərabər tutulur və bu qanunda, həmçinin digər normativ hüquqi aktlarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi hakimi üçün nəzərdə tutulmuş təminatlar (bu Qanunun 71-ci, 72-ci, 73.5-ci, 73.6-cı və 73.8-ci maddələrində nəzərdə tutulmuş təminatlar istisna olmaqla) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə Azərbaycan Respublikasından seçilmiş hakimə də şamil edilir.

Dəyişikliyin məqsədi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə Azərbaycan Respublikasından seçilmiş hakimin statusuna bərabər tutulması və onların Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi üçün nəzərdə tutulmuş təminatlardan istifadə edilməsi üçün hüquqi əsasların yaradılmasıdır.

Qeyd edək ki, Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsində hazırki hakimi Lətif Hüseynovdur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi