“Bir qrup radikal müxalifətin oktyabrın 19-da mitinq adı ilə toplaşdıqları yer seçiminin özü belə onların sırf hüquqazidd əməllərindən xəbər verir. Baxmayaraq ki, onlara Baki Şəhər İcra Hakimiyyəti müraciətlərinə əsasən, daha əlverişli yer təklif etmişdi”.
Bunu “Report”a açıqlamasında
O xatırladıb ki, onların oktyabrın 19-da saat 15-dən 17-dək mitinq keçirilməsi ilə bağlı müraciətinə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən baxılıb:
“Müvafiq cavab da verilib. Xatırlatmaq istəyirəm ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun 9-cu maddəsinin 3-cü hissəsinin 2-ci bəndinə əsasən, metropolitenin mühafizə zonalarında toplantıların keçirilməsi qadağandır. Ona görə də Şəhər İcra Hakimiyyəti tərəfindən mitinqin qeyd olunan vaxtda Bakı şəhəri, Lökbatan qəsəbəsi, 28 May küçəsindəki “Neftçi” idman klubunun Qaradağ təlim idman bazasında keçirilməsi təklif olunub. Buna baxmayaraq, şəhərin mərkəzi hissəsində qanunsuz aksiyanın keçirilməsinə cəhd olunub və ictimai asayiş ciddi şəkildə pozulub”.
Əli Hüseynli qeyd edib ki, hüquq-mühafizə orqanları öz peşə vəzifə və borclarını layiqincə yerinə yetirərək qanunsuz aksiyanın qarşısını alıb: “Bundan bir neçə gün əvvəl də İqtisad Universitetinin qarşısında qanunsuz aksiya cəhdlərindən görüntüləri də xatırladaraq deyərdim ki, polis olduqca sivil qaydalara uyğun davranış nümayiş etdirib”.
Komitə sədri tez-tez nümunə çəkilən Avropa ölkələrindəki hadisələri də xatırladıb: “Bu gün çox aydın şəkildə biz Fransada, İspaniyada polisin vətəndaşlara qarşı amansızlıqlarını müşahidə edirik. Dinc nümayişçilərə qarşı polis tərəfindən rezin güllələrdən istifadə olunması, jurnalistlərin döyülməsi, həddindən artıq aqressiya və sair bu gün Avropa İttifaqı ölkələrinin gündəmidir”.
Komitə sədri onu da bildirib ki, bu gün Azərbaycandakı inkişaf, xüsusilə ictimai-siyasi sabitlik bir sıra dairələrin maraqları ilə üst-üstə düşmür və bu kimi cəhdlər də məhz onların sifarişidir.