Katib: “Azərbaycan az qidalanma sayının azaldılması məqsədinə nail olan 18 ölkədən biridir”

Katib: “Azərbaycan az qidalanma sayının azaldılması məqsədinə nail olan 18 ölkədən biridir” Bakı. 4 fevral. REPORT.AZ/ “Azərbaycan dünyada 128 ölkə arasında az qidalanma sayının azaldılması məqsədinə nail olan 18 ölkədən biridir”.
Daxili siyasət
4 Fevral , 2019 12:02
Katib: “Azərbaycan az qidalanma sayının azaldılması məqsədinə nail olan 18 ölkədən biridir”
0 : 00
0 : 00

Bakı. 4 fevral. REPORT.AZ/ “Azərbaycan dünyada 128 ölkə arasında az qidalanma sayının azaldılması məqsədinə nail olan 18 ölkədən biridir”.

“Report”un xəbərinə, bunu YAP-ın saytına müsahibəsində Azərbaycanın Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov deyib.

O qeyd edib ki, Azərbaycanda yoxsulluqla mübarizə sahəsində kompleks tədbirlərin təmin edilməsi məqsədi ilə “2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı” və eləcə də “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” təsdiq edilib, bu proqramlar yoxsulluq probleminin həlli istiqamətində təsirli tədbirlərin həyata keçirilməsinə imkan yaradıb, nəticədə ölkədə yoxsulluq səviyyəsi 2001-ci ildəki göstəricisindən 10 dəfə azalıb.

H.Hüseynovun sözlərinə görə, BMT və digər beynəlxalq təşkilatlarla əlaqələr ölkədə Dayanıqlı İnkişaf Məqsədlərinin icrası istiqamətində qarşıya çıxa biləcək çətinliklərin aradan qaldırılması üçün ən yaxşı təcrübələrin tətbiqi, Azərbaycan təcrübəsinin digər ölkələrdə təşviq olunması, o cümlədəndayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsi üzrə qlobal tərəfdaşlığın gücləndirilməsinə töhfə verəcək.

Son xəbərlər

Orphus sistemi