Yuxarı

Azərbaycanda yeni fəxri ad təsis ediləcək

Azərbaycanda yeni fəxri ad təsis ediləcək
Nazirliyə “Gənclər siyasəti sahəsinin Fəxri İşçisi” adının təsis edilməsi tapşırılıb

Bakı. 16 sentyabr. REPORT.AZ/ Azərbaycanda yeni fəxri ad təsis ediləcək.

“Report” xəbər verir ki, bu məsələ Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nda öz əksini tapıb.

Proqramın tədbirlər proqramında Gənclər və İdman Nazirliyinə gələn il üçün ölkədə “Gənclər siyasəti sahəsinin Fəxri İşçisi” adının təsis edilməsi tapşırılıb.

Yeni adın təsis edilməsində məqsəd gənclərlə iş sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi və gənclər siyasətinin həyata keçirilməsinin səmərəliliyinin artırılmasıdır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi