Azərbaycanda "Yazılı abidələr haqqında" qanun layihəsi hazırlanır

Azərbaycanda "Yazılı abidələr haqqında" qanun layihəsi hazırlanır Bu, Milli Məclisin Mədəniyyət Komitəsinin payız sessiyası üçün nəzərdə tutulan qanunvericilik iş planında əksini tapıb
Daxili siyasət
16 Sentyabr , 2016 17:10
Azərbaycanda Yazılı abidələr haqqında qanun layihəsi hazırlanır

Bakı. 16 sentyabr. REPORT.AZ/ Azərbaycanda "Yazılı abidələr haqqında" qanun layihəsi hazırlanır.

"Report"un xəbərinə görə, bu, Milli Məclisin Mədəniyyət Komitəsinin payız sessiyası üçün nəzərdə tutulan qanunvericilik iş planında əksini tapıb.

Mədəniyyət Komitəsinin bu gün keçirilən iclasında komitə sədri Rafael Hüseynov deyib ki, bu qanun layihəsinin qəbul hazırlanması və qəbul olunması mühüm məsələdir: "Yazılı abidələrlə bağlı məsələ təkcə ədəbiyyat hadisəsi deyil, bu həm də siyasətdir. Bunlar sistemləşdirilməlidir. Burada daş yazılı abidələrin qeydiyyatı, təsnifatı nəzərdə tutulur".

O deyib ki, layihə yaxın vaxtlarda Milli Məclisin Sosial qanunvericilik şöbəsinə təqdim olunacaq.

Qanunvericilik iş planında bundan başqa, Dövlət büdcə zərfinə daxil olan qanun layihələri, "Kinematoqrafiya haqqında", Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında" qanun layihələrinin hazırlanması da nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi