Azərbaycanda vətəndaşların müraciətləri haqqında qanunvericiliyin pozulmasına görə inzibati sanksiyalar tətbiq olunacaq

Azərbaycanda vətəndaşların müraciətləri haqqında qanunvericiliyin pozulmasına görə inzibati sanksiyalar tətbiq olunacaq Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni maddə əlavə ediləcək
Daxili siyasət
25 May , 2016 11:37
Azərbaycanda vətəndaşların müraciətləri haqqında qanunvericiliyin pozulmasına görə inzibati sanksiyalar tətbiq olunacaq

Bakı. 25 may. REPORT.AZ/ Azərbaycanda vətəndaşların müraciətləri haqqında qanunvericiliyin pozulmasına görə inzibati sanksiyalar tətbiq olunacaq.

"Report"un xəbərinə görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni maddənin əlavə edilməsi nəzərdə tutulub.

Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan layihəyə əsasən, vətəndaşların müraciətlərinin aidiyyəti üzrə baxılması üçün qanunazidd hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müraciətə baxan subyektə və ya onun vəzifəli şəxslərinə göndərilməsinə, eləcə də dövlət orqanlarının və vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətinin və ya işinin tənqid edilməsi ilə bağlı, yaxud vətəndaşın və ya digər şəxslərin hüquq və azadlıqlarının bərpası və müdafiəsi məqsədi ilə edilən müraciətə görə vətəndaşın təqib edilməsinə görə vəzifəli şəxslərə xəbərdarlıq ediləcək və ya onlar 100 manat məbləğində, hüquqi şəxslər 200 manat məbləğində cərimə ediləcək.

Qeyd edək ki, vətəndaşların qəbulunun "Vətəndaşların müraciətləri haqqında" qanunun tələblərinə uyğun olaraq nəzərdə tutulmuş əməllərdə cinayət tərkibinin əlamətləri olduqda, həmin əməllər Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur.

Məcəlləyə təklif edilən dəyişiklik müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub. 

Son xəbərlər

Orphus sistemi