Azərbaycanda vətəndaşlara yeni nəsil elektron şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılıb

Azərbaycanda vətəndaşlara yeni nəsil elektron şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılıb Bakı. 1 sentyabr. REPORT.AZ/ Azərbaycanda vətəndaşlara yeni nəsil elektron şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılıb.
Daxili siyasət
1 Sentyabr , 2018 11:16
Azərbaycanda vətəndaşlara yeni nəsil elektron şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılıb

Bakı. 1 sentyabr. REPORT.AZ/ Azərbaycanda vətəndaşlara yeni nəsil elektron şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılıb.

“Report”un xəbərinə görə, yeni nəsil şəxsiyyət vəsiqələri üçün vətəndaşlar bütün ərazi polis orqanlarına və “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər.

Yeni nəsil şəxsiyyət vəsiqələri təhlükəsizlik nöqteyi-nəzərdən köhnə vəsiqələrdən daha təkmil olacaq. Bu vəsiqələrə vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı, ailə vəziyyəti haqqında məlumatlar, habelə şəxsiyyət vəsiqəsi sahibinin biometrik fotosu və digər fərdi göstəriciləri özündə birləşdirən elektron daşıyıcı - çip yerləşdiriləcək. Bütün parametrlərə cavab verən, saxtalaşdırılmanın qarşısının alındığı, məlumatların elektronlaşdırıldığı şəxsiyyət vəsiqələrinin çapı Daxili İşlər Nazirliyinin 10 regional mərkəzində və iki “ASAN xidmət” mərkəzində həyata keçiriləcək.

Qeyd edək ki, Azərbaycan vətəndaşının biometrik göstəricilərini özündə əks etdirən bir nömrəli elektron şəxsiyyət vəsiqəsi avqustun 31-də Prezident İlham Əliyevə təqdim olunub.

Son xəbərlər

Orphus sistemi