Son bir il ərzində isə regionlarda 10, ümumilikdə 19 yeni vəkil qurumu fəaliyyətə başlayıb. Bununla da vəkil qurumlarının sayı 89-a çatıb.
"Report" xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının illik hesabatında bildirilib
Həmçinin Prezident
2019-cu il ərzində vəkilliyə qəbulla bağlı 3 yazılı test imtahanı elektronlaşdırılmış qaydada həyata keçirilib. Bu mərhələdən müvəffəqiyyətlə keçən namizədlərlə Vəkillərin İxtisas Komissiyası tərəfindən şifahi müsahibə mərhələsi keçirilməyə başlayıb və hazırda davam etməkdədir.
İl ərzində keçirilən imtahanlarının yekununda ölkədə fəaliyyət göstərən vəkillərin sayı 1503-dən 1708-dək artıb.
Prezidentin sərəncamında hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlər göstərilməsinin təşkil edilməsi ilə bağlı tövsiyənin icrası ilə bağlı olaraq, Bakı şəhərində fəaliyyət göstərən vəkillərin regionlara səyyar hüquqi yardım səfərləri təşkil edilib.
2019-cu il ərzində Vəkillər Kollegiyası Rəyasət Heyətinin 17 iclası keçirilib.
İclaslarda mütəmadi olaraq Rəyasət Heyəti tərəfindən həyata keçirilən tədbirlər, qarşıda duran vəzifələr barədə məlumat verilib, o cümlədən Kollegiyanın cari fəaliyyəti ilə bağlı qərarlar, normativ sənədlər qəbul edilib.