Yuxarı

Azərbaycanda şüa diaqnostikası şöbələrinin uşaq müəssisələrində yerləşdirilməsi qadağan edilib

Azərbaycanda şüa diaqnostikası şöbələrinin uşaq müəssisələrində yerləşdirilməsi qadağan edilib

Bakı. 29 oktyabr. REPORT.AZ/ Azərbaycanda şüa diaqnostikası şöbələrinin (kabinetlərin), şüa terapiyası və radioizotop diaqnostikası laboratoriyalarının uşaq müəssisələrində (körpələr evi, uşaq bağçası, məktəblər) yerləşdirilməsi qadağan edilib.

“Report” xəbər verir ki, bununla bağlı “Tibb müəssisələrində sanitariya-epidemioloji tələblərə dair Qaydalar”da dəyişiklik edilib.

Sənədi səhiyyə naziri Oqtay Şirəliyev imzalayıb.

İndiyədək bu qadağa yalnız yaşayış binalarına aid idi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi