Yuxarı

Azərbaycanda seçicilərin sayı açıqlanıb

Azərbaycanda seçicilərin sayı açıqlanıb
Səsvermə hüququna malik olan şəxslərin sayı dəqiqləşdirilib

Bakı. 28 fevral. REPORT.AZ/ Azərbaycanda seçicilərin sayı məlum olub.

“Report”un xəbərinə görə, Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Natiq Məmmədov deyib ki, ölkə üzrə vahid seçicilər siyahısına 5 milyon 192 min 42 seçici daxil edilib.

O qeyd edib ki, bu, ötən ilə olan rəqəmdən 0.6 faiz (28 min 726) artıqdır.

N.Məmmədov deyib ki, seçicilərin dəqiqləşdirilmiş say martın 3-də bilinəcək.

MSK sədrinin müavini bildirib ki, ölkədə 5 min 426 daimi seçki məntəqəsi var.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi