Azərbaycanda qəbirlərin ətrafının hasara alınması və başdaşı hündürlüyünün 1 metrdən yuxarı olması qadağan edilib

Azərbaycanda qəbirlərin ətrafının hasara alınması və başdaşı hündürlüyünün 1 metrdən yuxarı olması qadağan edilib Bakı. 7 dekabr. REPORT.AZ/ Azərbaycanda qəbirüstü tikililər dəfn edilmiş şəxsin qohumları, qanuni nümayəndələri və ya dəfnlə bağlı xərcləri çəkmiş digər şəxslər tərəfindən quraşdırılır.
Daxili siyasət
7 Dekabr , 2018 10:37
Azərbaycanda qəbirlərin ətrafının hasara alınması və başdaşı hündürlüyünün 1 metrdən yuxarı olması qadağan edilib

Bakı. 7 dekabr. REPORT.AZ/ Azərbaycanda qəbirüstü tikililər dəfn edilmiş şəxsin qohumları, qanuni nümayəndələri və ya dəfnlə bağlı xərcləri çəkmiş digər şəxslər tərəfindən quraşdırılır.

“Report” xəbər verir ki, yeni təsdiqlənən “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”na əsasən, dəfn edilmiş şəxsin qohumları, qanuni nümayəndələri və ya dəfnlə bağlı xərcləri çəkmiş digər şəxslər tərəfindən qəbirüstü tikililər quraşdırılarkən, ölmüş şəxsin dini mənsubiyyəti nəzərə alınır, soyadı, adı, atasının adı, doğum və ölüm tarixləri qəbirüstü tikililərdə qeyd olunur. Başdaşı qoyulduğu halda, hündürlüyü 1 metrdən və eni 0,6 metrdən artıq olmamaqla, eni 0,6 metr və hündürlüyü 0,25 metr olan altlıq üstündə quraşdırılmalıdır. Sinədaşı qoyulduqda hündürlüyü torpaqdan 0,2 metrə, uzunluğu 1,2 metrə və eni 0,6 metrə qədər olmalıdır. Qəbirüstü tikililərin quraşdırılmasında cərgə ilə sıralanmaya əməl olunmalı və qəbrin ətrafı hasara alınmamalıdır.

Dəfn edilmiş şəxsin qohumları, qanuni nümayəndələri və ya dəfnlə bağlı xərcləri çəkmiş digər şəxslər tərəfindən qəbirüstü tikililər quraşdırılmadıqda, qəbiristanlığın müdiriyyəti tərəfindən quraşdırılmış ölmüş şəxsin soyadını, adını, atasının adını, doğum və ölüm tarixlərini bildirən lövhə saxlanılır.

Dəfn edilmiş şəxsin qohumları, qanuni nümayəndələri və ya onların dəfni ilə bağlı xərcləri çəkmiş digər şəxslər tərəfindən qəbirüstü tikililərin və onların üzərindəki yazıların dəyişdirilməsinə qəbiristanlığın müdiriyyətinin razılığı ilə yol verilir.

Dəfn edilmiş şəxsin qohumları, qanuni nümayəndələri və ya onların dəfni ilə bağlı xərcləri çəkmiş digər şəxslər tərəfindən qəbirüstü tikililər dəfn olunmuş şəxsin qohumlarının Mülki Məcəllə ilə müəyyən edilmiş vərəsəlik növbəliliyinə uyğun olaraq razılığı olduqda dəyişdirilir, belə razılıq əldə edilmədikdə, qəbirüstü tikililərin dəyişdirilməsinə yol verilmir.

Son xəbərlər

Orphus sistemi