Azərbaycanda polisin səlahiyyətləri artırılır

Azərbaycanda polisin səlahiyyətləri artırılır İdman yarışları zamanı iştirakçılarının və tamaşaçıların təhlükəsizliyini və ictimai asayişi təmin etmək də polis əməkdaşının vəzifəsi olacaq
Daxili siyasət
6 Oktyabr , 2015 13:36
Azərbaycanda polisin səlahiyyətləri artırılır

Bakı. 6 oktyabr. REPORT.AZ/ Azərbaycanda polis əməkdaşlarının yerinə yetirdiyi vəzifələr artırılır. “Report” xəbər verir ki, bununla bağlı parlamentin bugünkü plenar iclasında “Polis haqqında” qanuna dəyişiklik edilib. 

“Polis haqqında” qanunun 14-cü maddəsinə (İctimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının vəzifələri) yeni əlavə edilən bəndə əsasən, kütləvi idman tədbirlərinin və idman yarışlarının keçirilməsi zamanı idman obyektlərində, tamaşaçılar üçün nəzərdə tutulmuş yerlərdə, eləcə də idman obyektlərinə bitişik ərazilərdə və təxliyyə yollarında zorakılığın qarşısını almaq, yarış iştirakçılarının və tamaşaçıların təhlükəsizliyini və ictimai asayişi təmin etmək də polis əməkdaşının vəzifəsi olacaq.

Dəyişiklik səsə qoyularaq qəbul edilib.

Son xəbərlər

Orphus sistemi