Azərbaycanda məhkəmə sədrləri müavinlərinin səlahiyyətləri artırılıb

Azərbaycanda məhkəmə sədrləri müavinlərinin səlahiyyətləri artırılıb Bundan sonra onlar məhkəmə iclaslarına sədrlik edə biləcəklər
Daxili siyasət
25 Fevral , 2015 02:51
Azərbaycanda məhkəmə sədrləri müavinlərinin səlahiyyətləri artırılıb

Bakı. 25 fevral. REPORT.AZ/ Azərbaycanda rayon (şəhər) məhkəmə sədrlərinin müavinlərinin səlahiyyətləri artırılıb. "Report" xəbər verir ki, bununla bağlı "Məhkəmələr və hakimlər haqqında" qanuna dəyişikliklər edilib.

Qanuna əlavə edilən yeni maddəyə görə, rayon (şəhər) məhkəməsi sədrinin müavini məhkəmə iclaslarına sədrlik edir, rayon (şəhər) məhkəməsinin sədri tərəfindən müəyyən edilmiş məsələləri həll edir, sədrin tapşırığı ilə onun ayrı-ayrı səlahiyyətlərini həyata keçirir, sədr olmadıqda və ya öz vəzifələrini yerinə yetirə bilmədiyi müddətdə onu əvəz edir.

Bundan başqa, hərbi məhkəmə sədrinin müavini məhkəmə iclaslarına sədrlik edir, hərbi məhkəmənin sədri tərəfindən müəyyən edilmiş məsələləri həll edir, sədrin tapşırığı ilə onun ayrı-ayrı səlahiyyətlərini həyata keçirir, sədr olmadıqda və ya öz vəzifələrini yerinə yetirə bilmədiyi müddətdə onu əvəz edir.

Həmçinin, inzibati-iqtisadi məhkəmə sədrinin müavini məhkəmə iclaslarına sədrlik edir, inzibati-iqtisadi məhkəmənin sədri tərəfindən müəyyən edilmiş məsələləri həll edir, sədrin tapşırığı ilə onun ayrı-ayrı səlahiyyətlərini həyata keçirir, sədr olmadıqda və ya öz vəzifələrini yerinə yetirə bilmədiyi müddətdə onu əvəz edir.

Qeyd edək ki, mövcud dəyişikliklər səsverməyə qoyularaq qəbul edilib. 

Son xəbərlər

Orphus sistemi