Azərbaycanda Məhkəmə-Hüquq Şurası üzvünün səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi qaydası dəyişdirilib

Azərbaycanda Məhkəmə-Hüquq Şurası üzvünün səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi qaydası dəyişdirilib Məhkəmə-Hüquq Şurasının hüquqları sırasına daha bir maddə əlavə edilir
Daxili siyasət
25 Fevral , 2015 04:53
Azərbaycanda Məhkəmə-Hüquq Şurası üzvünün səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi qaydası dəyişdirilib

Bakı. 25 fevral. REPORT.AZ/ Azərbaycanda Məhkəmə-Hüquq Şurası üzvünün səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi qaydası dəyişdirilib. 

"Report" xəbər verir ki, bununla bağlı "Məhkəmə-Hüquq Şurası haqqında" qanuna dəyişiklik edilib.

Dəyişikliyə əsasən, əmək qabiliyyətinin fasiləsiz olaraq 6 aydan çox müddətə tam itirilməsi ilə əlaqədar vəzifəsini yerinə yetirə bilmədikdə şura üzvünün səlahiyyətlərinə xitam verilir.

Digər dəyişikliyə görə, Məhkəmə-Hüquq Şurasının vəzifələri də artırılıb. Belə ki, hakim vəzifəsindən öz arzusu ilə azad olunaraq ədliyyə orqanlarında inzibati vəzifədə və ya prokurorluq orqanlarında prokurorluq işçisi kimi işləyən şəxs yenidən hakim vəzifəsinə təyin edilmək arzusunu bildirdikdə, onu müsahibədən keçirmək Şuranın vəzifələri sırasına daxil edilib.

Daha bir dəyişiklik isə qanunun 12.0.10-cu maddəsinin ləğv edilməsidir. Həmin maddədə qeyd olunurdu ki, hakimin 6 aydan artıq müddətdə tibbi səbəblərə görə vəzifəsinin yerinə yetirilməsinin qeyri-mümkünlüyünün müəyyən edilməsi məqsədilə xüsusi həkim komissiyası təşkil etmək vəzifəsi var idi. Artıq bundan sonra bu vəzifə ləğv edilir.

Həmçinin, Məhkəmə-Hüquq Şurasının hüquqları sırasına daha bir maddə əlavə edilir. Belə ki, bundan sonra Şura birinci instansiya məhkəmələrinin maliyyə təminatı üçün nəzərdə tutulan xərclər barədə müvafiq icra hakimiyyəti orqanının təkliflərinə rəy vermək hüququ əldə edir.

Qeyd edək ki, mövcud dəyişikliklər səsvermədən sonra qəbul edilib. 

Son xəbərlər

Orphus sistemi