​Azərbaycanda komitə sədrlərindən birinə Baş Dövlət Müfəttişi status verilib

​Azərbaycanda komitə sədrlərindən birinə Baş Dövlət Müfəttişi status verilib Prezident İlham Əliyev fərman imzalayıb
Daxili siyasət
16 Fevral , 2016 14:05
​Azərbaycanda komitə sədrlərindən birinə Baş Dövlət Müfəttişi status verilib

Bakı. 16 fevral. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 28 noyabr tarixli 421 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə fərman imzalayıb. “Report” xəbər verir ki, sənədə əsasən, “Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti haqqında Əsasnamə”də dəyişikliklər edilib.

Əsasnamə sənədində “Dövlət Torpaq Komitəsi və Naxçıvan Muxtar Respublikasının Dövlət Torpaq Komitəsi” sözləri “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi” sözləri ilə əvəz edilib.

Həmçinin, “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsinin rayon (şəhər) torpaq şöbələri” sözləri “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin ərazi bölmələri və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin yerli bölmələri” sözləri ilə əvəz olunub.

Sənədə əsasən, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri vəzifəsinə görə eyni zamanda Azərbaycan Respublikasında torpaqlardan istifadə və onların mühafizəsinə dövlət nəzarəti üzrə Baş Dövlət Müfəttişidir, onun həmin sahə üzrə müavini isə Baş Dövlət Müfəttişinin müavinidir.

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə görə eyni zamanda Naxçıvan Muxtar Respublikası ərazisində torpaqlardan istifadə və onların mühafizəsinə dövlət nəzarəti üzrə Baş Dövlət Müfəttişidir, onun həmin sahə üzrə müavini isə Baş Dövlət Müfəttişinin müavinidir.

Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin direktoru, onun müavinləri və aidiyyəti struktur vahidlərinin (şöbələrinin) rəhbərləri və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin aidiyyəti struktur vahidlərinin (şöbələrinin) rəhbərləri vəzifələrinə görə eyni zamanda torpaqlardan istifadə və onların mühafizəsinə dövlət nəzarəti üzrə dövlət müfəttişləridir, dövlət nəzarətinin həyata keçirilməsi həvalə edilmiş digər işçilər isə torpaqlardan istifadə və onların mühafizəsinə dövlət nəzarəti üzrə müfəttişlərdir.

Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsinin yerli qurumlarının və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin yerli bölmələrinin rəhbərləri vəzifələrinə görə müvafiq rayon və şəhər torpaqlarından istifadə və onların mühafizəsinə dövlət nəzarəti üzrə rayon, şəhər dövlət müfəttişləridir, yerli qurumların (bölmələrin) dövlət nəzarətinin həyata keçirilməsi həvalə edilmiş işçiləri isə müvafiq rayon və şəhər torpaqlarından istifadə və onların mühafizəsinə dövlət nəzarəti üzrə müfəttişləri olacaqlar.

Sənədə əsasən, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi və onun yerli bölmələri torpaqlardan istifadə və onların mühafizəsinə dövlət nəzarəti barədə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə onun müəyyən etdiyi formada hər ilin 1 yanvar tarixinə olan vəziyyətə dair hesabat təqdim etməlidirlər.

Son xəbərlər

Orphus sistemi