Azərbaycanda işçilərin attestasiyadan keçirilməsi qaydasında dəyişiklik edilir

Azərbaycanda işçilərin attestasiyadan keçirilməsi qaydasında dəyişiklik edilir Əmək Məcəlləsinə yeni əlavə təklif olunub
Daxili siyasət
4 Aprel , 2017 15:17
Azərbaycanda işçilərin attestasiyadan keçirilməsi qaydasında dəyişiklik edilir

Bakı. 4 aprel. REPORT.AZ/ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında Əmək Məcəlləsinə təklif edilən dəyişiklik layihəsi müzakirə olunub.

“Report” xəbər verir ki, dəyişiklik barədə komitə sədri Hadi Rəcəbli məlumat verib.

Məcəlləyə təklif edilən dəyişikliyə görə, 65-ci maddəyə yeni hissə əlavə edilib.

Təklif olunan əlavəyə görə, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən işçi attestasiyadan keçirildikdə, idarə, müəssisə və ya təşkilatın korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilməsi üçün müəyyən edilən müvafiq vəzifəli şəxsi və ya struktur bölməsinin nümayəndəsi attestasiya komissiyasının iclasında iştirak etməlidir.

Hadı Rəcəbli qeyd edib ki, dəyişiklik layihəsi parlamentə Prezidentin imzası ilə daxil olub.  

Son xəbərlər

Orphus sistemi