Azərbaycanda ikili vətəndaşlığı olan şəxslərin sayı açıqlanıb

Azərbaycanda ikili vətəndaşlığı olan şəxslərin sayı açıqlanıb Firudin Nəbiyev: "Onların adları müvafiq bazaya daxil edilib və hazırda statistikası aparılır"
Daxili siyasət
16 Yanvar , 2017 16:45
Azərbaycanda ikili vətəndaşlığı olan şəxslərin sayı açıqlanıb

Bakı 16 yanvar. REPORT.AZ/ "Azərbaycanda ötən il ikili vətəndaşlığı olan 7956 şəxs müəyyənləşdirilib, onların adları müvafiq bazaya daxil edilib və hazırda statistikası aparılır". 

Dövlət Miqrasiya Xidmətindən "Report"a verilən məlumata görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev ötən ilin yekunlarına həsr olunan hesabat müşavirəsində deyib.

O bildirib ki, hesabat dövründə “qaçqın” statusu almaq niyyətində olan 95 əcnəbi (ailə üzvləri ilə birlikdə 209 nəfər) Dövlət Miqrasiya Xidmətinə müraciət edib: "Hazırda üçüncü ölkə vətəndaşlarından qaçqın statusu almış 73 nəfər Dövlət Miqrasiya Xidmətində qeydiyyatdadır. Avropa İttifaqı ilə ölkəmiz arasında imzalanmış Readmissiya Sazişi çərçivəsində 2016-cı ildə Dövlət Miqrasiya Xidmətinə göndərilən bildirişlər əsasında Azərbaycan vətəndaşlığına mənsub olması müəyyənləşdirilən 120 şəxsin readmissiyası həyata keçirilib".

Son xəbərlər

Orphus sistemi