Azərbaycanda "Əmək" ordeni təsis edilib

Azərbaycanda "Əmək" ordeni təsis edilib Bu ordenlə ölkənin inkişafında və rifahının təminatında əməyi olanlar təltif ediləcəklər
Daxili siyasət
29 Noyabr , 2016 13:58
Azərbaycanda  Əmək ordeni təsis edilib

Bakı. 29 noyabr. REPORT.AZ/ Azərbaycanda "Əmək" ordeni təsis edilib.

"Report"un xəbərinə görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının “Əmək” ordeninin təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanununa dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, "Əmək" ordeni ilə Azərbaycanın inkişafına və rifahının təmin olunmasına yönəlmiş müstəsna əmək nailiyyətlərinə görə Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif ediləcəklər.

"Əmək" ordeni döşün sol tərəfinə, digər orden və medallar olduqda, "Vətənə xidmətə görə" ordenindən sonra taxılır.

Müzakirələrdən sonra layihə səsverməyə çıxarılıb və qəbul edilib.

Son xəbərlər

Orphus sistemi