Azərbaycanda dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməməyə görə cəza sərtləşdirilir

Azərbaycanda dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməməyə görə cəza sərtləşdirilir Bununla bağlı Cinayət Məcəlləsində dəyişiklik təklif olunur
Daxili siyasət
3 Aprel , 2017 15:05
Azərbaycanda dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməməyə görə cəza sərtləşdirilir

Bakı. 3 aprel. REPORT.AZ/ Azərbaycanda dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməməyə görə cəzanın sərtləşdirilməsi təklif edilir.

"Report"un xəbərinə görə, Cinayət Məcəlləsinin hazırki 308-1-ci (Dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə) maddəsinə əsasən, dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə, bu əməllər xeyli miqdarda törədildikdə 8 min manatdan 10 min manatadək miqdarda cərimə edilməklə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, yaxud 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Dəyişiklik layihəsində cəzanın cərimə hissəsinin 9 min manatdan 13 min manatadək artırılması təklif edilir.

Dəyişiklik layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Son xəbərlər

Orphus sistemi