Yuxarı

Azərbaycanda dini nifrət və düşmənçiliyin salınmasına görə cəzanın cəriməsi 6 dəfə artırılır

Azərbaycanda dini nifrət və düşmənçiliyin salınmasına görə cəzanın cəriməsi 6 dəfə artırılır
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub
© Report

Bakı. 4 aprel. REPORT.AZ/ Azərbaycanda dini nifrət və düşmənçiliyin salınmasına görə cəzanın cəriməsi 6 dəfə artırılır.

"Report"un xəbərinə görə, hazırda Cinayət Məcəlləsin əsasən, milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə, o cümlədən kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə 1000 manatdan 2 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 2 ildən 4 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Dəyişikliyə əsasən, cəzanın cəriməsinin miqdarının 8 min manatdan 12 min manatadək artırılması təklif edilir.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi