Azərbaycanda daxili işlər nazirinin birinci müavini postu yaradılıb

Azərbaycanda daxili işlər nazirinin birinci müavini postu yaradılıb Prezident İlham Əliyev fərman imzalayıb
Daxili siyasət
11 Mart , 2016 18:55
Azərbaycanda daxili işlər nazirinin birinci müavini postu yaradılıb

Bakı. 11 mart. REPORT.AZ/ Prezident İlham Əliyev “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb. “Report” xəbər verir ki, sənədə əsasən, Azərbaycanda daxili işlər nazirinin birinci müavini postu yaradılıb.

Daxili işlər nazirinin birinci müavini nazirin təqdimatına əsasən, Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin olunacaq və vəzifədən azad ediləcək.

Daxili işlər naziri öz səlahiyyətlərinin həyata keçirilməsini nazirin birinci müavininə, o, olmadıqda nazir müavinlərindən birinə tapşıra bilər.

Son xəbərlər

Orphus sistemi