Azərbaycanda “CE”, “D”, “DE” kateqoriyalı nəqliyyat vasitələrinin idarə edilməsi üçün təcrübə müddəti müəyyənləşdirilib - SİYAHI

Azərbaycanda “CE”, “D”, “DE” kateqoriyalı nəqliyyat vasitələrinin idarə edilməsi üçün təcrübə müddəti müəyyənləşdirilib - SİYAHI “Yol hərəkəti haqqında” qanuna dəyişiklik edilir
Daxili siyasət
8 Sentyabr , 2016 13:29
Azərbaycanda “CE”, “D”, “DE” kateqoriyalı nəqliyyat vasitələrinin idarə edilməsi üçün təcrübə müddəti müəyyənləşdirilib - SİYAHI

Bakı. 8 sentyabr. REPORT.AZ/ Azərbaycanda “CE”, “D”, “DE” kateqoriyalı nəqliyyat vasitələrinin idarə edilməsi üçün təcrübə müddəti müəyyən edilib.

“Report”un xəbərinə görə, bununla bağlı “Yol hərəkəti haqqında” qanuna dəyişiklik edilir.

Qanunun 33-cü maddəsinə təklif olunan dəyişikliyə əsasən, “BE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarəetmə hüququ -19 yaşdan (“B” kateqoriyasına daxil oan nəqliyyat vasitələrinin idarə etmək sahəsində təcrübə 1 ildən az olmamaq şərtilə), Tramvayları, trolleybusları idarəetmə hüququ-21 yaşdan, ”CE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarəetmə hüququ -21 yaşdan (“C” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarə etmək sahəsində təcrübə 3 ildən az olmamaq şərtilə), “D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarəetmə hüququ-23 yaşdan (65 yaşadək və avtonəqliyyat vasitələrini idarə etmək səhəsində təcrübə 5 ildən az olmamaq şərtilə), “DE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarəetmə hüququ-26 yaşdan (65 yaşadək və “D” kateqorioyasına daxil olan nəqliyyat vasitələrinin idarə etmək sahəsində təcrübə 3 ildən az olmamaq şərtilə) yuxarı şəxslərə veriləcək.

Layihə parlamentin plenar iclasına tövsiyə olunub.

Son xəbərlər

Orphus sistemi