Bakı. 2 mart.
“Report”un xəbərinə görə, Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında bununla bağlı müzakirələrə aparılıb.
Layihəyə əsasən, bələdiyyələr hüquqi və fiziki şəxslərin yerli vergilər və ödənişlərlə bağlı borcları barədə onların müraciəti əsasında, 1 gündən gec olmayaraq arayış verməlidirlər. Əvvəlcə bu müddət 5 gün idi.
Layihə parlamentin plenar iclasına tövsiyə olunub.