Azərbaycanda bələdiyyə seçkisinə qatılmış 59 nəfər öz namizədliyindən imtina edib

Azərbaycanda bələdiyyə seçkisinə qatılmış 59 nəfər öz namizədliyindən imtina edib ​Ümumilikdə 30 siyasi partiyanın namizədləri seçkidə fərdi qaydada iştirak edəcək
Daxili siyasət
25 Noyabr , 2014 16:52
Azərbaycanda bələdiyyə seçkisinə qatılmış 59 nəfər öz namizədliyindən imtina edib

Bakı. 25 noyabr. REPORT.AZ/ Dekabrın 23-də 118 seçki dairəsi üzrə keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı müraciət etmiş 37 917 şəxsə imza vərəqələri verilib. 37 564 namizəd imza vərəqələrini qaytarıb.

“Report”un məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun iclasında deyib. O bildirib ki, 59 nəfər namizədlikdən imtina edib. 36 770 nəfərin namizədliyi qeydə alınıb. 8 siyasi partiya namizədlərini irəli sürüb. Ümumilikdə 30 siyasi partiyanın namizədləri seçkidə fərdi qaydada iştirak edəcək. Namizədlərin 75%-i kişi, 25%-i qadınlardır. Onlardan 60%-ə yaxını ali, 30%-i orta təhsillidir.

M.Pənahov deyib ki, fəaliyyət təqvim planına uyğun olaraq davam etdirilir: “Qalan müddətdə müşahidəçilərin qeydə alınması prosesi gedəcək. Bütün namizədlər seçicilərlə görüşmək imkanına malikdirlər. Onlar qanunvericiliyə müvafiq qaydada televiziya efirindən də istifadə edə bilərlər”.

Son xəbərlər

Orphus sistemi