Azərbaycanda 30 əcnəbiyə yaşamaq üçün icazə verilməyib

Azərbaycanda 30 əcnəbiyə yaşamaq üçün icazə verilməyib Onların arasında müxtəlif ölkələrin nümayəndələri var
Daxili siyasət
28 İyul , 2017 19:13
Azərbaycanda 30 əcnəbiyə yaşamaq üçün icazə verilməyib

Bakı. 28 iyul. REPORT.AZ/ Bu ay ərzində Azərbaycanda müvəqqəti və daimi yaşamaq istəyi ilə müraciət edən 30 əcnəbinin müraciətindən imtina olunub.

"Report"un Dövlət Miqrasiya Xidmətinin saytına istinadən verdiyi məlumata görə, onlardan 16-sı Rusiya Federasiyasının vətəndaşı olub.

Müraciətinə rədd cavabı verilənlər arasında Hindistan, Pakistan, Gürcüstan, Türkiyə, İran, İraq və Yunanıstan vətəndaşları da qeydə alınıb. 

Son xəbərlər

Orphus sistemi