​Azərbaycan xarici dövlətlərin yük avtomobillərini 3 il müddətinə yol vergisindən azad edib

​Azərbaycan xarici dövlətlərin yük avtomobillərini 3 il müddətinə yol vergisindən azad edib Prezident İlham Əliyev Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb
Daxili siyasət
26 May , 2016 17:35
​Azərbaycan xarici dövlətlərin yük avtomobillərini 3 il müddətinə yol vergisindən azad edib

Bakı. 26 may. REPORT.AZ/ Prezident İlham Əliyev Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.

“Report” xəbər verir ki, sənədə əsasən, qanuna yeni 212.6-cı maddə əlavə edilib.

Əlavəyə əsasən, xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada 2016-cı ilin iyun ayının 1-dən etibarən 3 il müddətinə yol vergisindən azaddır:

Bundan başqa, dəmir yolu ilə nəql edilən yüklər Azərbaycan Respublikası ərazisindəki müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi son dəmir yolu stansiyasında xarici dövlətlərin yük avtomobillərinə, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinə aşırılaraq ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə digər dövlətə daşındıqda;

xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri ilə yüklər digər dövlətin ərazisindən Azərbaycan Respublikası ərazisindəki müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ilk dəmir yolu stansiyasına ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə daşındıqda.

Son xəbərlər

Orphus sistemi