Yuxarı

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan rəsmi qəbul keçirilib - ƏLAVƏ OLUNUB

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan rəsmi qəbul keçirilib - ƏLAVƏ OLUNUB

Bakı. 28 may. REPORT.AZ/ Bu gün Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə rəsmi qəbul təşkil olunub.

"Report" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva rəsmi qəbulda iştirak ediblər.

Azərbaycanın dövlət himni səsləndirilib.

Dövlət başçısı rəsmi qəbulda nitq söyləyib. 

***

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan rəsmi qəbul başlayıb.

"Report" xəbər verir ki, mərasim Heydər Əliyev Mərkəzində keçirilir.

Qəbulda Azərbaycan Prezidenti İlham Əliyev, dövlət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirlik və diplomatik nümayəndəliklərinin rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi