Azərbaycanla Rusiya arasında mallara gömrük nəzarəti ilə bağlı protokol təsdiqlənib

Azərbaycanla Rusiya arasında mallara gömrük nəzarəti ilə bağlı protokol təsdiqlənib Prezident İlham Əliyev Moskva şəhərində imzalanmış protokolun təsdiq edilməsi barədə sərəncam imzalayıb
Daxili siyasət
31 Avqust , 2015 18:36
Azərbaycanla Rusiya arasında mallara gömrük nəzarəti ilə bağlı protokol təsdiqlənib

Bakı. 31 avqust. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Federal Gömrük Xidməti (Rusiya Federasiyası) arasında müəyyən növ mallara münasibətdə gömrük nəzarətinin nəticələrinin qarşılıqlı tanınması haqqında 2015-ci il iyulun 3-də Moskva şəhərində imzalanmış Protokolun təsdiq edilməsi barədə sərəncam imzalayıb.

"Report"un məlumatına görə, Dövlət Gömrük Komitəsinə Protokolun müddəalarının həyata keçirilməsini təmin etmək, Xarici İşlər Nazirliyinə isə Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Federasiyasının Hökumətinə bildiriş göndərmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi