Azərbaycan Prezidentinin köməkçisi son günlər bəzi iş adamlarının həbs olunmasına münasibət bildirib

Azərbaycan Prezidentinin köməkçisi son günlər bəzi iş adamlarının həbs olunmasına münasibət bildirib "İş adamlarından bircə tələb var ki, Azərbaycanın qanunlarına əməl etsinlər"
Daxili siyasət
15 May , 2015 12:42
Azərbaycan Prezidentinin köməkçisi son günlər bəzi iş adamlarının həbs olunmasına münasibət bildirib

Bakı. 15 may. REPORT.AZ/ Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov son günlər bəzi iş adamlarının həbs olunmasına münasibət bildirib.
“Report”un məlumatına görə, Ə.Həsənov jurnalistlərə açıqlamasında deyib ki, bu məsələ ilə bağlı araşdırmalar aparılır: “Onların həbsi ilə bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb. Konkret maddələr üzrə bəzi iş adamları təqsirli bilinirlər. Yəni, bu əməllər üzrə ittiham olunurlar. Araşdırmalar, məhkəmələr bu adamların fəaliyyətinin Azərbaycanın qanunvericiliyinə uyğun olub-olmamasını üzə çıxaracaq. Azərbaycan Prezidenti bəyan edib ki, iş adamlarını dəstəkləyirlər. İş adamlarından bircə tələb var ki, Azərbaycanın qanunlarına əməl etsinlər”.

Son xəbərlər

Orphus sistemi